Bu gün DÇ-2022-də 1/4 final mərhələsinin sonuncu oyununda İngiltərə millisi Fransa ilə qarşılaşıb.
“İki sahil” xəbər verir ki, “Əl Bayt” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Oyunun 17-ci dəqiqəsində Aurelien Tçuameni hesabı açıb. 54-cü dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Harri Keyn hesabı bərabərləşdirib. 78-ci dəqiqədə isə Olivye Jiru Fransanı yenidən hesabda önə çıxarıb – 1-2.
Görüş bu hesabla da başa çatıb.
DÇ-2022, 1/4 final mərhələsi
10 dekabr
23:00. İngiltərə 1-2 Fransa
Qol: Aurelien Tçuameni, 17 (0:1), Harri Keyn, 54-pen. (1:1), Olivye Jiru, 78 (1:2)
Baş hakim: Uilton Sampayo (Braziliya)
“Əl Bayt” stadionu
***
DÇ-2022-də 1/4 final mərhələsinin çərçivəsində keçirilən İngiltərə-Fransa oyununda hesab yenidən dəyişib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 78-ci dəqiqəsində Olivye Jiru Fransanın ikinci qolunun müəllifi olub.
***
DÇ-2022-də 1/4 final mərhələsinin çərçivəsində keçirilən İngiltərə-Fransa oyununda hesab bərabərləşib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 54-cü dəqiqəsində Harri Keynpenaltini dəqiq yerinə yetirib.
***
DÇ-2022-də 1/4 final mərhələsinin çərçivəsində keçirilən Fransa- İngiltərə oyununda ikinci hissə başlayıb.
“İki sahil” xəbər verir ki, qarşılaşmada yeganə qolu 17-ci dəqiqədə Tçuameni vurub.
***
Bu gün DÇ-2022-də 1/4 final mərhələsinin çərçivəsində keçirilən Fransa İngiltərə ilə oyunda fasiləyə üstün yollanıb.
“İki sahil” xəbər verir ki, oyunda yeganə qolu 17-ci dəqiqədə Tçuameni vurub.
***
Bu gün DÇ-2022-də 1/4 final mərhələsinin çərçivəsində keçirilən İngiltərə - Fransa qarşılaşmasında hesab açılıb.
“İki sahil” xəbər verir ki, oyunun 17-ci dəqiqəsində Tçuameni fərqlənib.
***
Bu gün DÇ-2022-də 1/4 final mərhələsinin sonuncu oyununda İngiltərə millisi Fransa ilə qarşılaşır.
“İki sahil” xəbər verir ki, “Əl Bayt” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
DÇ-2022, 1/4 final mərhələsi
10 dekabr
23:00. İngiltərə 1-2 Fransa
Qol: Aurelien Tçuameni, 17 (0:1), Harri Keyn, 54-pen. (1:1), Olivye Jiru, 78 (1:2)
Baş hakim: Uilton Sampayo (Braziliya)
“Əl Bayt” stadionu