Gənclər və İdman Nazirliyinin strukturunda dəyişiklik edilib.
"İki sahil" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Fərmanında dəyişiklik edilməsi haqqında
Fərman imzalayıb.
Fərmanla Gənclər və İdman Nazirliyinin strukturu bu cür verilir:
Gənclər və İdman Nazirliyinin Aparatı (şöbələr və sektorlar), Bakı Şəhər Gənclər və İdman İdarəsi, Gənclər və İdman Nazirliyinin regional idarələri.