10 dekabr 2022 14:12
414

Namik Ələskərov əməliyyat olunub

Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Namik Ələskərov əməliyyat olunub.

“İki sahil” xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindəki yırtığa görə cərrahi müdaxiləyə ehtiyac duyub.

Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.

Həkimlərin rəyinə əsasən, Ələskərov təxminən bir ay sonra komanda ilə məşqlərə qoşulacaq.