10 dekabr 2022 08:56
467

Futbol şərhçisi Qətərdə matçı işıqlandırarkən dünyasını dəyişib

Amerikalı futbol şərhçisi Qrant Uol Qətərdə keçirilən futbol üzrə dünya çempionatını işıqlandırarkən vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə Amerika Milli İctimai Radiosunun müxbiri Rassel Lyuis tviter səhifəsində məlumat verib.

“Qrant Uol Dohada Argentina və Niderland arasında keçirilən dünya çempionatının 1/4 final matçını işıqlandırarkən dünyasını dəyişib”, - R.Lyuis yazıb.