Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.
90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.
Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb.
Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Niderland - Argentina cütünün qalibi olacaq. Yarımfinal matçı dekabrın 13-də keçiriləcək.
***
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt başa çatıb.
Burada da hesab (1:1) dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunacaq.
***
117-ci dəqiqədə fərqlənən Bruno Petkoviç Avropa təmsilçisinin heyətində fərqlənərək, hesabı bərabərləşdirib.
***
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.
“İki sahil” xəbər verir ki, 105+1-ci dəqiqədə Neymar Cənubi Amerika təmsilçisini önə keçirib - 1:0.