09 dekabr 2022 17:09
430

Anatoli Banişevskinin xatirəsi yad olunub

"Neftçi" və SSRI yığmasının sabiq futbolçusu Anatoli Banişevskinin xatirəsi vəfatının 25 illiyi ilə əlaqədar yad olunub.

“İki sahil” xəbər verir ki, mərhum hücumçunun ailə üzvləri, AFFA-nın əməkdaşları, futbol veteranları, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, gül dəstələri qoyublar.