09 dekabr 2022 08:40
480

Niderland Qran-Prisi 2025-ci ilədək Formula 1 təqvimində qalacaq

Niderland Qran-Prisi 2025-ci ilədək Formula 1 təqvimində qalacaq.

"İki sahil" Formula 1-in rəsmi saytına istinadən xəbər verir ki, Niderland Qran-Prisinin təşkilatçıları 2023-cü ildə başa çatacaq müqavilənin müddətini daha iki il uzadıldığını elan ediblər.

Gələn il Niderland Qran-Prisi avqustun 25-27-də Zandvurtda təşkil olunacaq. Azərbaycan Qran-Prisi isə aprelin 28-dən 30-dək Bakı şəhər halqasında keçiriləcək.