08 dekabr 2022 19:15
477

Eddi İsrafilov zədələnib

"Neftçi"nin futbolçusu Eddi İsrafilov zədələnib.

“İki sahil” xəbər verir ki, yarımmüdafiəçi "Zirə"yə qarşı keçirdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda sıradan çıxıb.

Azərbaycan millisinin üzvü meydanı xərəkdə tərk edib. 53-cü dəqiqədə onun yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub.

Qeyd edək ki, hazırda "Zirə" 1:0 hesabı ilə öndədir.