08 dekabr 2022 16:37
390

55 yaşlı hücumçu klubunu dəyişdi

"Yokohama"nın (Yaponiya) icarə əsasında "Suzuka"da çıxış edən 55 yaşlı futbolçusu Kazuyoşi Miura klubunu dəyişib.

“İki sahil” xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb. Hücumçu Portuqaliyanın 2-ci divizionunda mübarizə aparan "Oliveyrens"ə transfer olunub. 

Qed edək ki, Miura peşəkar səviyyədə ilk matçını 1986-cı ildə "Santos"da keçirib. O, karyerası ərzində Braziliya, Yaponiya, İtaliya, Xorvatiya və Avstraliya klublarında çıxış edib. 2020-ci ildə Miura "Ventforet Kofu"nun futbolçusu Yukio Tsuşiyanın 2017-ci ildə əldə imza atdığı rekordu qırıb - .42 yaş 10 aylığında Yaponiyanın əsas çempionatında çıxış edib. Nəticədə o, bunu bacaran ən yaşlı futbolçu olub. Həmçinin Yurgen Klopp, Pol Kaskoyn və Roberto Baccio ilə eyni ildə anadan olan Miura, 5 fərqli onillikdə oynayan ilk peşəkar futbolçu adını qazanıb. Miura 2005-ci ildən "Yokohama"nın oyunçusu idi.