"Neftçi"nin çalışdırıcısı Laurentsiu Regekampf Rumıniyanın "Universitatya Krayova" klubunun baş məşqçi vəzifəsinə əsas namizəddir.
“İki sahil” xəbər verir ki, bu barədə "Fanatik.ro" saytı məlumat yayıb. Bildirilib ki, komandanın baş məşqçisi Mirel Redoy Rumıniya kubokunda "Arqeş"ə 1:2 hesablı məğlubiyyətdən sonra istefa verdiyini açıqlayıb. Klub rəhbərliyi yeni baş məşqçi vəzifəsinə əsas namizəd kimi Regekampfı düşünür.
Qeyd edək ki, rumın mütəxəssis 2021/2022 mövsümündə "Universitatya Krayova"da işləyib. Onun adı daha əvvəl "Styaua" ilə hallanıb.