08 dekabr 2022 10:58
460

Enrikenin əvəzinə Fuente

İspaniya millisinin baş məşqçisi Luis Enrike yaxın 24-48 saat ərzində vəzifəsini tərk edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "El Larguero" xəbər yayıb. Mütəxəssisin hazırkı müqaviləsi dekabrın sonuna kimi hesablanıb. 

İspaniyanın DÇ-2022-nin 1/8 finalında Mərakeşə uuzaraq (0:0, penaltilər seriyası - 0:3) mundialla vidalaşmasına görə Enrike ilə müqavilənin yenilənəcəyi gözlənilmir. Bildirilir ki, onun yerinə əsas namizəd İspaniya gənclər yığmasının baş məşqçisi Luis De la Fuentedir.

Qeyd edək ki, Enrike 2018-ci ildən yığmanı çalışdırır.