08 dekabr 2022 00:37
531

“Qarabağ” liqada məğlubedilməzdir - UEFA-dan paylaşım

UEFA Konfrans Liqasının rəsmi İnstaqram səhifəsi “Qarabağ”la bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki,  paylaşımda Ağdam təmsilçisinin bu mövsüm Azərbaycan Premyer Liqasında məğlub olmadığı vurğulanıb: 

““Qarabağ” liqada məğlubedilməzdir. 16 oyun, 14 qələbə, 2 heç-heçə” .

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-offunda Belçika “Genti”i ilə qarşılaşacaq. Komanda ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Xatırladaq ki, “Qarabağ” ölkə çempionatında 44 xalla 1-cidir.