Azərbaycan milli komandasının Avro-2024-ün seçmə mərhələsində İsveçlə keçirəcəyi səfər oyunun stadionu müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Gələn il martın 27-də keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Solna şəhərindəki “Friends Arena”da təşkil olunacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.