07 dekabr 2022 15:00
478

Azərbaycanın futzal millisinin Yunanıstanla oyununun yeri və saatı bəlli olub

Futzal üzrə Azərbaycan millisinin Yunanıstana qarşı keçirəcəyi 2024-cü il dünya çempionatının əsas seçmə mərhələsinin oyununun məkanı və saatı bəlli olub.

Federasiyadan “İki sahil”ə verilən məlumata görə, Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması hazırda VI qrupda 6 xalla liderdir. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.