06 dekabr 2022 23:21
586

Ronaldo 2008-ci ildən bəri ilk dəfə...

Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında İsveçrə ilə oyun üçün start heyətində yer almayıb.

“İki sahil” xəbər verir ki,  37 yaşlı portuqaliyalı 2008-ci ildən bəri ilk dəfə 11-liyə düşə bilməyib.

O, 2008-ci ildə keçirilmiş Avropa çempionatında meydan sahiblərindən biri olan İsveçrə ilə qrup mərhələsinin son matçında ehtiyatda oturub. Həmin matçadək 1/4 finala vəsiqəni təmin etmiş portəkizlər formal matçda 0:2 hesabı ilə uduzub. Maraqlıdır ki, hər 2 qolu indi İsveçrə millisinin baş məşqçisi olan Murat Yakının qardaşı Hakan Yakın vurmuşdu.

Ümumiyyətlə, Ronaldo indiyədək ardıcıl 31 dünya çempionatı və Avropa çempionatı matçına çıxıb.