06 dekabr 2022 20:45
682

Mbappe İngiltərə millisinə qarşı oynayacaqmı?

Fransa millisinin futbolçusu Kilian Mbappe Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı keçirəcəkləri 1/4 final oyununu buraxa bilər.

“İki sahil” "L Equipe" nəşrinə istinadla xəbər verir ki, topuğundakı ağrılardan əziyyət çəkən 24 yaşlı hücumçu komandasının bugünkü məşqində iştirak etməyib.

Ölkəsində PSJ-nin formasını geyinən forvard idman zalında bərpa prosesi keçir. Onun vacib qarşılaşmada meydana çıxıb çıxmayacağı sual altındadır.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək İngiltərə - Fransa görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.