06 dekabr 2022 11:47
618

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Cəlilabad rayonunda basketbol idman növü üzrə Uşaq Gənclər İdman Məktəbinin açıq rayon birinciliyi keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbir Cəlilabad Olimpiya İdman Kompleksində baş tutub.

Məlumata görə, yarış Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunub.

Yarışda 2 yaş qrupunda (2009-2011) 10 (oğlan və qız) komandaları iştirak edib.

Sonda qalib komandalar mükafatlandırılıb.