02 dekabr 2022 09:00
508

Ronaldu Portuqaliya millisinin hədəfini açıqladı

“Pley-off təmin olunub, lakin biz 1-ci yeri tutmaq istəyirik. Bu komandanın və bizim hədəflərimizin həddi-hüdudu yoxdur. Gəlin daha artığını edək! Portuqaliya, irəli!”.

“İki sahil” xəbər verir ki, bunu Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu 2022-ci il dünya çempionatında hədəfləri ilə bağlı instaqramda yazıb.

Qeyd edək ki, Portuqaliya 6 xalla H qrupuna başçılıq edir, Qana 2-ci yerdədir (3 xal). Son turda portuqallar Cənubi Koreya ilə qarşılaşacaq.