02 dekabr 2022 08:19
570

Bu gün "Neftçi" "Qarabağ"ı qəbul edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI tura start veriləcək.

“İki sahil” xəbər verir ki, günün yeganə matçında "Neftçi" "Qarabağ"ı qəbul edəcək.

"Bakcell Arena"dakı qarşılaşma saat 21:00-da start götürəcək. "Ağ-qaralar" 32 xalla üçüncü pillədə qərarlaşıb. Lider "Qarabağ"ın 41 xalı var.

Bu, ölkə çempionatları tarixində 89-cu Azərbaycan derbisi olacaq. Əvvəlki matçların 35-də "köhlən atlar", 23-də paytaxt təmsilçisi qələbə qazanıb. 30 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində isə "Neftçi"nin aşkar üstünlüyü var - 107:80. "Qarabağ" çempionatdakı son beş oyunda rəqibinə qalib gəlib. Əvvəlki üç qarşılaşmada hər iki komanda qol vurub.

Azərbaycan Premyer Liqası

XVI tur,

2 dekabr (cümə)

21:00. "Neftçi" - "Qarabağ"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

VAR: Əliyar Ağayev

AVAR: Nicat İsmayıllı

Hakim-inspektor: Ömər Paşayev

“Bakcell Arena”

Qeyd edək ki, XVI turun "Qəbələ" - "Səbail" və "Sabah" - "Şamaxı" oyunları dekabrın 3-də, "Kəpəz" - "Sumqayıt", "Zirə" - "Turan Tovuz" görüşləri dekabrın 4-də olacaq.