01 dekabr 2022 00:56
512

Lionel Messi Maradonanın rekordunu yeniləyib

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında meydana çıxdığı oyun sayı baxımından həmyerlisi Dieqo Maradonanın rekordunu yeniləyib.

“İki sahil” xəbər verir ki,  Qətərdə keçirilən mundialda Polşaya qarşı C qrupunun III tur matçı 35 yaşlı hücumçu üçün 22-ci olub. Maradonada isə bu göstərici 21-dir.

"974" stadionunda oynanılan matçda Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0. Qolları 46-cı dəqiqədə Aleksis Makallister və 68-ci dəqiqədə Xulian Alvares vurublar.