30 noyabr 2022 20:55
657

DÇ-2022: Fransa millisi qrupu lider kimi başa vurub

Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.

Son turda Tunis yığması ilə qarşılaşan "xoruzlar" rəqibinə uduzub - 0:1.

Yeganə qolu 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri vurub. Məğlubiyyətə baxmayaraq, Fransa seçməsi 6 xalla 1/8 finala qrup birincisi kimi yüksəlib. Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.

***

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda hesab açılıb.

“İki sahil” xəbər verir ki,  Afrika təmsilçisi 58-ci dəqiqədə Vəhbi Xəzrinin vurduğu qolla önə keçib.