30 noyabr 2022 01:04
817

ABŞ İranı məğlub etdi YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda ABŞ yığması olub. 

Amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.

Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb. 

Komanda bu raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.

***

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşırlar.

“İki sahil” xəbər verir ki,  qarşılaşmada hesab açılıb.

Oyunun 38-ci dəqiqəsində Kristian Pulişiç ABŞ yığmasını hesabda önə çıxarıb.