Bu gün dünya çempionatında B qrupunun da matçları yekunlaşacaq.
“İki sahil” xəbər verir ki, bu oyunlardan sonra növbəti mərhələyə çıxan daha iki komandanın adına aydınlıq gələcək.
B qrupunda Uels İngiltərə ilə, ABŞ İranla qarşılaşacaq.
Matçlar saat 23:00-dan etibarən start götürəcək.
DÇ-2022
B qrupu
3-cü tur
Uels - İngiltərə
İran - ABŞ