28 noyabr 2022 10:49
435

Braziliya millisinin üç futbolçusu qripə yoluxub

Qətərdə davam edən futbol üzrə dünya çemiponatında iştirak edən Braziliya milli komandasının üç üzvü qrip simptomları ilə əlaqədar son məşqi buraxmalı olub.

“İki sahil” xəbər verir ki, bu barədə bu gün qərb mətbuatı yazır.

Qeyd olunur ki, qapıçı Alison Beker, yarımmüdafiəçi Lukas Paketa və hücumçu Antoni məşqlərdə iştirak etməyib.

Onların bugünkü matça hazır olub-olmayacağı məlum deyil. Bundan əvvəl, Braziliya millisinin əsas ulduzu Neymar zədələnmişdi.

Xatırladaq ki, Braziliiya bu gün İsveçrə millisi ilə qarşılaşacaq.