28 noyabr 2022 02:15
408

“Mançester Yunayted” Osimheni istəyir

“Mançester Yunayted” Viktor Osimheni transfer edə bilər.

“İki sahil” xəbər verir ki, “Napoli”nin forvardı mankunianların əsas transfer hədəflərindən biridir. Lakin klub onun üçün təxminən 100 milyon avro ödəmək istəmir.

“Yunayted” rəhbərliyi oyunçunun sürətini və fiziki hazırlığını bəyənirlər. Onun Premyer Liqada oynamağa hazır olduğunu düşünürlər.

Qeyd edək ki, bu mövsüm A Seriyasında 11 oyunda Osimhen 9 qol vurub və 2 məhsuldar ötürmə edib.