Bu gün Misli Premyer Liqasında millinin yoxlama oyunları ilə əlaqədar yaranan 14 günlük fasilə başa çatıb.
“İki sahil” xəbər verir ki, 15-ci tur çərçivəsində "Neftçi" "Səbail"i qəbul edib.
Qarşılaşmanın 27-ci dəqiqəsində Emin Mahmudov hesabı açıb. "Ağ-qaralar"ın kapitanı 51-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub.
Oyunun 63-cü dəqiqəsində Rafael Məhərrəmli fərqi azaltsa da E.Mahmudov het-trik edərək oyunda son nöqtəni qoyub – 3-1.
Misli Premyer Liqası,
15-ci tur
27 noyabr (bazar)
16:00. “Neftçi” 3–1 “Səbail”
Qollar: Emin Mahmudov, 27 (1:0), 51 (2:0), Rafael Məhərrəmli, 63 (2:1), Emin Mahmudov, 77 (3:1)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Cavid Cəlilov
“Bakcell Arena”