27 noyabr 2022 11:45
415

"Mançester Yunayted"də Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub

İngiltərənin "Mançester Yunayted" klubunda Kriştianu Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub.

 

“İki sahil” xəbər verir ki,  "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq İtaliya "Milan"ından Rafael Leau və ya Niderland PSV-sindən Kodi Qakponun heyətə cəlb edilməsini istəyir.

 

Mütəxəssis qışda bu oyunçulardan birinin transfer olunmasını tələb edib.

 

Qeyd edək ki, "Mançester Yunayted" noyabrın 22-də Ronaldunun müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.