27 noyabr 2022 01:02
365

DÇ-2022: Argentina Meksikaya qalib gəldi

Bu gün DÇ-2022-də qrup mərhələsinin 2-ci turu çərçivəsində C qrupunun ikinci oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, Argentina ilə Meksika arasında keçirilən qarşılaşmanın 64-cü dəqiqəsində Messi hesabı açıb.  87-ci dəqiqədə isə Enzo Fernandez fərqi iki topa çatdırıb.

Oyunda başqa qol vurulmayıb.

Dünya Çempionatı, 2-cü tur

26 noyabr

C qrupu

23:00. Argentina 2-0 Meksika

Qol: Lionel Messi, 64, Enzo Fernandez, 87

Baş hakim: Daniele Orsato (İtaliya)

"Lusail" stadionu