Azərbaycan Basketbol Liqasında (ABL) 7-ci turun daha iki oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, günün ilk görüşü çempionatın liderlərindən sayılan "Gəncə BK" və "Sərhədçi PİK" komandaları arasında baş tutub.
Gərgin keçən qarşılaşmadan Gəncə basketbolçuları 90-76 hesablı qələbə ilə ayrılıblar.
"Gəncə BK"nın heyətində Kris Hamil - 25 xal, 5 ribaund, "Sərhədçi PİK"dən isə Maksvel Starvud - 27 xal, 5 ribaundla matçın ən məhsuldar oyunçuları olublar.
Günün ikinci oyununda iki paytaxt təmsilçisi "Neftçi İK" və "NTD BK" basketbolçuları qarşılaşıblar. Bu oyunda "NTD BK" rəqibi üzərində 75-88 hesabı ilə qələbə qazanıb.
"Neftçi İK"dən Reymond Miller - 28 xal, 10 ribaund, "NTD BK"dan isə Londell King - 20 xal, 8 ribaundla komanda yoldaşlarından fərqləniblər.
Qeyd edək ki, turun bağlanış oyunu 27 noyabr saat 15:00-da Şəki Olimpiya İdman Kompleksində "Olimpik Şəki BK" və "Sabah BK" komandaları arasında keçiriləcək.