Bu gün DÇ-2022-də qrup mərhələsinin 2-ci turu çərçivəsində C qrupunda Polşa ilə Səudiyyə Ərəbistanı üz-üzə gəliblər.
“İki sahil” xəbər verir ki, oyunun 40-cı dəqiqəsində Zelinski hesabı açıb. 82-ci dəqiqədə isə Levandovski fərqi iki topa çatdırıb.
Qarşılaşmada başqa qol vurulmayıb.
Dünya Çempionatı, 2-cü tur
26 noyabr
C qrupu
17:00. Polşa 2-0 Səudiyyə Ərəbistanı
Qol: Zelinski, 40 (1:0), Levandovski, 82 (2:0)
Qola çevrilməyən penalti: Əl-Davsari, 45+1 - qapıçı (Səudiyyə Ərəbistanı)
Baş hakim: Vilton Sampayo (Braziliya)
"Edyukeyşn Siti" stadionu