26 noyabr 2022 01:08
388

İngiltərə - ABŞ oyunu qolsuz heç-heçə ilə başa çatıb

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyununda qalib müəyyənləşməyib.

“İki sahil” xəbər verir ki,  komandaların qol vurmaq üçün bir neçə imkanı olsa da, qarşılaşmada hesab açılmayıb.

Beləliklə, ilk 2 turdan sonra britaniyalılar 4 xalla qrupa başçılıq edir. 3 xalı olan İran yığması ikincidir. ABŞ 2 xalla 3-cü, Uels isə 1 xalla sonuncudur.

Qeyd edək ki, B qrupunda son turun görüşləri noyabrın 29-da olacaq. İngiltərə Uelslə, ABŞ isə İranla üz-üzə gələcək.