26 noyabr 2022 00:15
405

DÇ-2022: Qətər millisi CAR-ın antirekordunu təkrarlayıb

Qətər millisi dünya çempionatları tarixində qrupda qalan ikinci ev sahibi komanda olub.

“İki sahil” xəbər verir ki,  A qrupunun II turunda Seneqala 1:3 hesabı ilə uduzan Asiya təmsilçisi 1/8 finala çıxmaq şanslarını itirib.

Feliks Sançes Basın başçılıq etdiyi kollektiv qrupdakı ilk matçında Ekvadora uduzub - 0:2.

Qeyd edək ki, daha əvvəl Cənubi Afrika Respublikası (CAR) yığması 2010-cu ildə qəbul etdiyi mundialda qrup mərhələsini adlaya bilməyib.