25 noyabr 2022 19:15
916

Seneqal Qətərə qalib gəlib YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyunu başa çatıb. 

Qarşılaşma Seneqalın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

***

Seneqal hesabı 3:1 edir. Dienq 84-cü dəqiqədə fərqlənir.

***

Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyununda hesab növbəti dəfə dəyişib.

“İki sahil” xəbər verir ki,  qarşılaşmanın 78-ci dəqiqəsində Qətərin oyunçusu Muntari hesab arasındakı fərqi azaldıb - 1:2.