25 noyabr 2022 16:21
620

Vinisius Junior: 22 ildir bu günü gözləyirdim

Vinisius Junior Braziliyanın DÇ-2022-dəki ilk oyunundan məmnundur.

“İki sahil” xəbər verir ki, dünən Serbiya ilə matçda (2:0) millidə debüt edən "Real"ın hücumçusu deyib.

“Debüt görüşümdə qalib gəldiyimiz üçün çox şadam. Biz oyuna yaxşı köklənmişdik və əla ab-havada başladıq. 22 ildir ki, bu günü gözləyirdim. Bunu çox arzulayırdım və çox çalışdım. Komandaya kömək etdiyim üçün şadam. Qarşıda 6 final var”, - deyə Vinisius oyundan sonra bildirib.