25 noyabr 2022 14:19
328

Dünya çempionatı tarixində yeni rekord

Kamerun millisinin qapıçısı Andre Onana DÇ-2022-də yeni rekorda imza atıb.

"İki sahil" "Opta"ya istinadən verir ki,  26 yaşlı qolkiperin rekordu İsveçrə ilə dünən keçirilən oyunda qeydə alınıb.

O, cərimə meydançasından kənarda 26 dəfə topa toxunuş edib ki, bu da mundiallar tarixində rekord göstəricidir. O, bu matçda ümumilikdə 61 dəfə topa toxunub.

Xatırladaq ki, oyun Kamerun millisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.