25 noyabr 2022 09:26
482

"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

Nigeriyalı futbolçu Peter Oluka karyerasını "Neftçi"də davam etdirə bilər.

“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi "36 Lion" klubunda çıxış edən oyunçuya təklif göndərib.

"Ağ-qaralar" Olukanı "Caqaban kuboku"nda bəyənib. Yarımmüdafiəçi həmin vaxt turnirin ən yaxşı oyunçusu seçilib.

Azərbaycan təmsilçisi futbolçunu baxışa da dəvət edib. Orta xətt oyunçusu artıq Bakıya yola düşüb.