Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçı başa çatıb.
Qarşılaşma braziliyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 62 və 73-cü dəqiqələrdə Riçarlison vurub.
Bu qələbə ilə ilk 3 xalını qazanan Braziliya millisi top fərqi ilə qrupda birinci pilləni ələ keçirib. İkinci İsveçrənin də 3 xalı var. Kamerun və Serbiya isə xalsızdır.
Bununla da mundialda bütün qruplarda ilk tura yekun vurulub.
***
Dünya çempionatının G qrupunda birinci tura yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, bu matçda Braziliya Serbiya ilə qarşılaşır.
Bununla da DÇ-nin qrup mərhələsində ilk tur başa çatacaq.
Qarşılaşma saat 23:00-da başlayıb.
DÇ-2022
G qrupu
1-ci tur
Braziliya - Serbiya
***
Matç başladı.
***
İlk hissə bitdi.
***
İkinci hissə başladı.
***
Braziliya hesabı açdı. 62-ci dəqiqədə Rişarilson fərqləndi.
***
Braziliya 2-ci qolu vurdu. Rişarilson dubl edir. 73-cü dəqiqədə fərqlənir