23 noyabr 2022 20:31
347

İspaniya millisi dünya çempionatlarında 100-cü qolunu vurub

İspaniya millisi dünya çempionatlarında 100-cü qolunu vurub.

“İki sahil” xəbər verir ki,  yubiley qoluna Kosta Rikaya qarşı E qrupunun ilk tur oyununda fərqlənən Dani Olmo imza atıb. 24 yaşlı yarımmüdafiəçi 11-ci dəqiqədə adını tabloya yazdırıb.

İspaniyalıların ilk qolunu 1934-cü ildə Jose İraraqorri Braziliya ilə matçda vurub.

Qeyd edək ki, hazırda İspaniya - Kosta Rika matçında ilk hissə oynanılır və hesab Avropa təmsilçisinin xeyrinədir - 2:0.