23 noyabr 2022 12:41
350

Levandovski üzr istədi

Polşa millisinin kapitanı Robert Levandovski DÇ-2022-nin ilk turunda Meksika ilə keçirilən oyun haqda fikirlərini bölüşüb.

“İki sahil” xəbər verir ki, “Barselona”nın hücumçusu sosial şəbəkə hesabındakı paylaşımında yazıb: “Ağıllı oynadıq, qalib gəlməli idik. Bunu qəbul etmək mənim üçün daha çətindir”.

Levadovski 58-ci dəqiqədə penaltini qola çevirə bilmədiyi üçün azarkeşlərdən üzr istəyib: “Məni bağışlayın. Bütün dəstək sözləri üçün təşəkkür edirəm. Qrupdan çıxmaq üçün mübarizəmizi davam etdiririk”.

Xatırladaq ki, qolsuz başa çatan matçda Levandovskinin penalty zərbəsini Meksima millisinin qapıçısı Gilyermo Oçoa dəf edib.