23 noyabr 2022 08:26
352

Messi Maradona ilə Batistutanı geridə qoydu

Lionel Messi Argentina millisinin tarixinə düşüb.

"İki sahil" xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı ilə matçda fərqlənməklə nail olub.

Hücumçu Argentina yığmasının heyətində 4 mundialda (2006-cı, 2014-cü, 2018-ci və 2022-ci) qol vuran ilk oyunçu adına sahib çıxıb.

Messi Dieqo Maradona (1982-ci, 1986-cı, 1994-cü) və Qabriel Batistutanın (1994-cü, 1998-ci və 2002-ci) rekordunu geridə qoyub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması ilə oyunda Argentina millisi 1:2 hesabı ilə məğlub olub.