22 noyabr 2022 19:08
431

Danimarka - Tunis oyunu qolsuz heç-heçə ilə başa çatıb

Qətərdə keçirilən dünya çempionatının D qrupunda ilk tura start verilib.

“İki sahil” xəbər verir ki,  qrupun açılış oyununda Danimarka millisi Tunisi sınağa çəkib.

"Edyukeyşn Siti" stadionunda oynanılan görüşdə qapılara qol vurulmayıb.

Qeyd edək ki, bu qrupun digər matçında son dünya çempionu Fransa Avstraliya ilə qarşılaşacaq. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.