22 noyabr 2022 14:46
306

Argentina ilə oyun öncəsi Səudiyyə Ərəbistanında iş dayandırılıb

Səudiyyə Ərəbistanında iş saatı dəyişdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkə hakimiyyəti qərar verib.

Belə addım atılmasına DÇ-2022 səbəb olub. Dövlət müəssisələrinə şamil olunan qərara əsasən Argentina ilə bugünkü görüşün startına bir saat qalmış ölkədə iş dayandırılıb.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan Argentina – Səudiyyə Ərəbistanı qarşılaşmasında hesab açılmayıb.