22 noyabr 2022 13:53
330

Tehranda bağçalar və ibtidai məktəblər bağlanıb

İranın Tehran əyalətində dekabrın 1-dək ibtidai məktəblər və bağçalar və bağlanıb.

“İki sahil” “Tasnim” agentliyinə istinadla xəbər verir ki, dərslər və təlimlər virtual keçiriləcək.

Yerli hakimiyyət təmsilçiləri məktəb və bağçaların bağlanmasını Tehranın havasının çirkli olması ilə əlaqələndiriblər.

Bildirilib ki, əyalətin Firuzkuh, Daməvənd, Rudhen və Pardis şəhərlərində isə ibtidai məktəblər və bağçalar işləyəcək.