Bu gün Qətərdə keçirilən DÇ-2022-nin A qrupunda ilk tura yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, qrupun ikinci matçında Seneqalla Niderland üz-üzə gəlir.
Qrupun favoriti olan “narıncılar” Afrika təmsilçisi ilə matçda da daha şanslı hesab olunur. Əsas ulduzu Sadio Maneni itirən seneqallılar güclü rəqiblə qarşılaşmada uduzmamaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, qrupun bir gün əvvəl keçirilən ilk görüşdə Ekvador Qətərə 2:0 hesabı ilə qalib gəlib.
DÇ-2022, qrup mərhələsi
21 noyabr
A qrupu
20:00. Seneqal - Niderland - 0:0