21 noyabr 2022 10:16
421

Türkiyəli idman şərhçisi Hıncal Uluç vəfat edib

Türkiyəli jurnalist, idman şərhçisi Hıncal Uluç uzun sürən xəstəlikdən sonra vəfat edib.

"İki sahil" NTV-yə istinadən xəbər verir ki, 83 yaşlı Hıncal Uluç reanimasiyaya yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Hıncal Uluçun vəfatı ilə bağlı başsağlığı verib.