21 noyabr 2022 10:10
342

DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

İspaniya millisi Qətərdə keçirilən dünya çempionatındakı ilk oyununa itkilərlə çıxa bilər.

“İki sahil” xəbər verir ki, buna səbəb futbolçuların səhhətində problem yaranmasıdır.

“Buğalar”ın 7 oyunçusu kondisionerdən istifadəyə görə soyuqlayıb. Xəstələnənlər arasında komandanın son məşqini başa vura bilməyən hücumçu Alvaro Morata da var.

Qeyd edək ki, İspaniya millisi ilk matçını noyabrın 23-də Kosta-Rikaya qarşı keçirəcək.