20 noyabr 2022 22:26
404

DÇ-2022: Açılış oyununu Ekvador qazandı

Bu gün futbol üzrə sayca 22-ci dünya çempionatına start verilib.

“İki sahil” xəbər verir ki, Qətərdə keçiriləcək mundialın açılış günündə meydan sahibləri Ekvadorla qarşılaşıb.

Bakı vaxtı ilə saat 20:00-da başlayan oyunun 16-cı dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən ekvadorlu futbolçu Valensiya hesabı açıb. O, 32-ci dəqiqədə yenidən fərqlənərək özünün və komandasının ikinci qolunun müəllifi olub.

Matç bu hesabla da başa çatıb.

Dünya çempionatı

20 noyabr

A qrupu

20:00.Qətər 0-2 Ekvador

Qol: Valensiya,  16-pen, 32