20 noyabr 2022 21:21
344

U-21 millimiz uduzdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan U-21 yığmamız bu gün növbəti beynəlxalq yoldaşlıq oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv isveçli həmyaşıdları ilə qarşılaşıb və 1:8 hesabı ilə uduzub. Yığmamızın heyətində Mustafa Yıldırım (44-cü dəqiqə) fərqlənib.

Xatırladaq ki, üç gün öncə yığmamız Macarıstanın U-21 komandasına 0:3 uduzub.