Bu gün milli komandamız növbəti yoxlama oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunun 25-ci dəqiqəsində millimizin qapısına təyin edilmiş penaltini dəqiq yerinə yetirən Bardhi hesabı açıb. 38-ci dəqiqədə isə Elvin Cəfərquliyev hesabı bərabərləşdirib. 65-ci dəqiqədə Musa Qurbanlı, 89-cu dəqiqədə isə Ramil Şeydayev fərqlənərək milli komandamızın qələbəsini təmin ediblər - 1-3
Qeyd edək ki, bu, yığmamızın ardıcıl 5-ci, qələbəsi olub.
Xatırladaq ki, millimiz bir neçə gün əvvəl səfərdə Moldova ilə yoxlama matçında qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
20 noyabr
Yoldaşlıq oyunu
17:00. Şimali Makedoniya 1-3 Azəraycan
Qol: Bardhi, 25 (1:0), Elvin Cəfərquliyev, 38 (1:1), Musa Qurbanlı, 65 (1:2), Ramil Şeydayev, 89 (1:3)
Qırmızı vərəqələr: Boban Nikolov, 52-iki sarı vərəqə (Şimali Makedoniya), Höccət Haqverdi, 75 (Azərbaycan)
Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari, Yovan Kaçevski (hamısı Albaniya)
Skopye, “Todor Proeski Milli Arena”sı