20 noyabr 2022 15:20
417

Buffon bu Afrika komandasına azarkeşlik edəcək

İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon DÇ-2022-də hansı komandaya azarkeşlik edəcəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, yerli mətbuata danışan "Parma”nın veteran qapıçısı Kamerun millisinin mundialı qazanmasını istədiyini deyib: “İtaliyasız turnir maraqsız olacaq. Bu halda kimə azarkeşlik edəcəyəm? Bu, Kamerun millisidir. Onlara rəğbət bəsləyirəm”.

Qeyd edək ki, Kamerun millisi İsveçrə, Serbiya və Braziliya ilə eyni qrupda mübarizə aparacaq.